Ailədə 3 il iş təcrübəm var. Uşaq 9 aylıq idi, indi isə 3 yaş 9 aylıqdır. Tamamilə yaşına uyğun rejimini dəstəkləmişəm. Yeməklərini vermişəm (bəzi vaxtlar özüm bişirmişəm), gəzintiyə aparmışam, oyun oynamışıq, kitab oxumuşuq, şəkil çəkmişik, plastilinlə işləmişik, rəqs etmişik, danışmağı, mahnılar oxumağı, musiqi dinləməyi öyrənmişik. Qazandan istifadə etməyi öyrətmişəm. Çimdirmişəm, yatızdırmışam. Otağı səliqəyə salmışam.
Daxil ol, rəyləri oxumaq üçün